2023-cü ildə Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 312 milyon manat proqnoza qarşı icra 292,8 milyon manat (19,2 milyon manat və yaxud 6,2 % az), 2022-ci illə müqayisədə isə 61,3 milyon manat və yaxud 26,5 % çox icra olunub.
Fins.az bu barədə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 70,2 %-i və yaxud 205,5 milyon manat qeyri-neft sektorunun, 29,8 %-i və yaxud 87,3 milyon manatı neft sektorunun payına düşüb.
Fuad Mədətov
Fins.az