Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 30 milyon manat artırılır.
Fins.az xəbər veri ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsinin gəlirlər və xərcləri 6 919 860 000,0 manatdan 6 949 860 000,0 manata qaldırılır.
Layihəyə əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə gəlir 5 288 135 400,0 manatdan 5 478 135 400,0 manata qaldırılır. Bu artım qeyri-büdcə sektoru üzrə sosial sığorta haqlarının artımı hesabına olacaq. Qeyri-büdcə sektoru üzrə məcburi sosial sığorta haqları 3 387 100 000,0 manatdan 3 577 100 000,0 manata qaldırılacaq. Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait isə 1 392 000 000,0 manatdan 1 232 000 000,0 manata endiriləcək.
Fuad Mədətov
Fins.az