Elm

20 May

Avtobusların nağdsız ödənişə keçidi 14,3% artıb

Bu ilin aprel ayına qədər Bakı şəhəri və Abşeron rayonunda sərnişindaşımanı həyata keçirən müntəzəm marşrut xətləri üzrə 1 824 avtobus nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Fins.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müüqayisədə 14,3 % çoxdur.

Belə ki, 2023-cü ilin aprel ayınadək Bakı və Abşeronda ümumilikdə 1 596 ədəd avtobus nağdsız ödəniş sisteminə inteqrasiya olunub.

Fuad Mədətov
Fins.az