Elm

23 Aprel

2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb - Energetika Nazirliyi

Azərbaycan Respublikası Energetika Nazirliyi 2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlayıb.

Fins.az xəbər verir ki, 2024-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, ötən 3 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 7 129,3 mln. kVt·st olub.

Rüb ərzində elektrik enerjisi istehsalı İES-lərdə 6 519,2 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 161,5 mln. kVt·st artımla 439,3 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,0 mln. kVt·st artımla 170,8 mln. kVt·st. təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 14,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 89,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 67,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 371,0 mln. kVt·st (İES-lərdə 5 951,0 mln. kVt·st, SES-lərdə 420,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 92,1 mln. kVt·st (İES-lərdə 64,5 mln. kVt·st, SES-lərdə 15,4 mln. kVt·st, Günəş ES-də 12,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 656,7 mln. kVt·st təşkil edib.

Rüb ərzində elektrik enerjisinin idxalı 44,3 mln. kVt·st, ixracı isə 360,3 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 442,9 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 11,8 mln. kVt·st, ixracı isə 139,8 mln. kVt·st təşkil edib.

Fuad Mədətov
Fins.az