Elm

17 Aprel

Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə 30,4 milyon ton yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmi açıqlanıb.

Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-mart aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,4 milyon ton yük, 396,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 7,2 faiz və 7,5 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi (18.6 milyon) isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,4 faiz, sərnişin dövriyyəsi isə 8,3 faiz artıb.

Fuad Mədətov
Fins.az