Elm

16 Aprel

Pərakəndə ticarət dövriyyəsi 3,1 faiz artıb

Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13474,2 milyon manatlıq, o cümlədən 7543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki,  2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb.

Hesabat rübündə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,1 faiz, fərdi sahibkarlar üzrə 2,8 faiz, bazar və yarmarkalarda 1,5 faiz artıb.

Hesabat rübündə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 440,9 manatlıq, o cümlədən 246,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 194,1 manatlıq qeyri-ərzaq malları alıb.