Elm

16 Aprel

Rusiya Azərbaycandan çiyələk idxalını 1,9 dəfə artırıb

2023-cü ildə Rusiya çiyələk idxalını 0,6 faiz - 50,5 min tonadək artırıb. Bu dövrdə ilk üç tədarükçü dəyişməz qalıb - Türkiyə, Azərbaycan və Serbiya.

Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hesabat ilində Türkiyədən tədarük 12 faiz azalaraq 22,7 min tona düşüb ki, bu da bir il əvvəlki 51 faizə qarşı bütün Rusiya idxalının 45 faizini təşkil edib.

Serbiyadan idxal da 37 faiz azalaraq 3,2 min tona (6,2 faiz) enib. Azərbaycan isə əksinə, Rusiyaya ixracı 1,9 dəfə - 18,2 min tona çatdırıb və ölkənin payı bir il əvvəlki 19,5 faizdən 36 faizə yüksəlib.