Elm

10 Aprel

Bu ilin ilk rübündə 15,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-mart aylarında 15,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 7,8 faiz artıb.

Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunda, 29,0 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.