Elm

08 Aprel

Ölkədə 735,9 min dekalitr  meyvə şirələri istehsal edilib

Bu ilin yanvar-fevral aylarında ölkədə 735,9 min dekalitr (dkl) meyvə şirələri istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 12,8 faiz və ya 83,3 min dkl çoxdur.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, təkcə fevral ayında 494 min dkl meyvə şirələri istehsal olunub ki, bu da yanvar ayının müvafiq göstəricisini 2 dəfə və ya 252,1 min dkl üstələyir. Mart ayının 1-nə hazır məhsul ehtiyatı 831,6 min dkl təşkil edib.