Elm

02 Dekabr

Qlobal şirkətlərdən Böyük Britaniyaya 29,5 milyard funt sterlinq investisiya öhdəliyi

Baş nazirliyin 10 nömrəli ofisindən edilən açıqlamada Sunakın Londonda keçirilən Qlobal İnvestisiya Sammiti ilə bağlı qiymətləndirmələrinə yer verildi. Sunak bildirib ki, qlobal şirkətlərin yüksək səviyyəli rəhbərləri "sərmayələr üçün Böyük Britaniyaya qayıdırlar".

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ölkəni sərmayə və iş baxımından dünyanın ən yaxşı bölgəsinə çevirdiklərini ifadə edən Sunak, "Qlobal şirkətlərin qoyduğu 29,5 milyard funt sterlinqlik sərmayə minlərlə iş yeri yaradacaq və İngiltərə iqtisadiyyatı üçün böyük güvən yaradacaq. Keçən həftə bizneslərə yaxın tarixin ən böyük vergi endirimini təqdim etdik, yenilik mədəniyyətimizdən tutmuş dünyanın ən yaxşı zehinlərini yetişdirən universitetlərimizə qədər ölkəmiz fürsətlər diyarıdır" dedi.

Sunak qlobal investisiyaların cəlb edilməsinin iqtisadiyyatı inkişaf etdirmə planının mərkəzində olduğunu və təmiz enerji, həyat elmləri və qabaqcıl texnologiya kimi əsas sektorlarda yeni fondlarla ölkə daxilində böyümənin təşviq ediləcəyini bildirib.

Baş nazirlikdən verilən məlumata görə, bu investisiyalar ölkədə 12 min adama məşğulluq yaradacaq.

Qlobal İnvestisiya Sammitində iştirak edən beynəlxalq şirkətlər və baş direktorlar arasında yer alan Avstraliyanın ən böyük pensiya fondu Aware Super-in icraçı direktoru Deanne Stewart 5 milyard funt sterlinqdən artıq infrastruktur, daşınmaz əmlak və özəl kapitala sərmayə qoymaq üçün Londondadır.

Sammitdə iştirak edən 200-ə yaxın CEO arasında ABŞ-da yerləşən investisiyaların idarə edilməsi şirkətinin baş direktoru Stiven Şvarsman, Goldman Sachs investisiya bankının baş direktoru David Solomon və JP Morgan Chase-in baş direktoru Ceymi Dimon da var.

Günel Məlikzadə
Fins.az