Elm

21 Noyabr

Zorlu Holdinq Zorlu Enerji səhmlərini institusional investorlara satıb

Dünən Borsa İstanbulda institusional investorlara Zorlu Enerji Elektrik Üretim ASC-nin səhmləri üçün 4,84 TL qiymətə nominal 40 milyon TL satılıb. 

Fins.az İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) edilən açıqlamaya istinadən xəbər verir ki, ümumi satış məbləği 193,6 milyon TL olaraq qeyd edildi. Açıqlamaya görə, bu əməliyyatla holdinqin Zorlu Enerjidəki payı 33,73 faizə düşüb.

Zorlu Enerji səhmləri noyabrın 20-də 5,08 TL ilə bağlanıb. Bağlanma səviyyəsini nəzərə alsaq, satışın 5 faiz endirimlə edildiyi görüldü.

Günel Məlikzadə
Fins.az