Elm

07 Noyabr

Hilton Grand Vacations-dan 1,5 milyard dollarlıq alış

Şirkətin Hilton Grand Vacations tərəfindən hər bir səhm üçün 75 dollara alınması üçün müqavilə imzalandığı qeyd edilib.

Fins.az Bluegreen Vacations-dan verilən açıqlamaya istinadən xəbər verir ki, şirkətin xalis borcu ilə birlikdə alqı-satqı müqaviləsinin dəyərinin təxminən 1,5 milyard dollar olduğu bildirilib.

Açıqlamada müqavilənin 2024-cü ilin birinci yarısında tamamlanmasının gözlənildiyi, Hilton Grand Vacations-ın üzvlük bazasını 525 mindən 740 minə, istirahət mərkəzi portfelinin isə 150-dən təxminən 200 obyektə yüksəldəcəyi bildirilib. 

Alqı-satqı müqaviləsindən sonra Bluegreen Vacations-ın səhmləri 108 faizdən çox dəyər qazanıb, Hilton Grand Vacations-ın səhmləri isə 9 faizdən çox dəyər itirib.

 

Günel Məlikzadə
Fins.az