Elm

06 Noyabr

Öksüt Madencilik-dən 40 milyon dollarlıq yeni investisiya planı

Centra Gold Türkiyə üzrə meneceri David Bickford Kayseri Develidəki Öksüt Mədəninə bu günə qədər 250 milyon dollar sərmayə qoyduqlarını bildirib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Bickford deyib:

“Qarşıdakı dövrdə 40 milyon dollarlıq yeni investisiya planlaşdırırıq. Bundan əlavə, müxtəlif bölgələrdə axtarış səylərimiz davam edir. Biz sektordakı imkanları qiymətləndirəcəyik".

Türkiyənin potensialına inandıqlarını qeyd edən Bickford, “2020-ci ildə Öksütdə istehsala başlayıb. Texniki-iqtisadi əsaslandırmalara görə, Öksüt Qızıl Mədəni üçün 221 milyon dollar ilkin kapital qoyuluşu edilib . 2020-2022-ci illərdə üç il ərzində əlavə 30 milyon ABŞ dolları sərmayə qoymaqla ümumi investisiyalarımız 250 milyon dolları ötüb. Önümüzdəki dövrdə 40 milyon dollarlıq yeni investisiya planlaşdırırıq. Bundan əlavə, biz lisenziyalara malik olduğumuz müxtəlif bölgələrdə kəşfiyyat fəaliyyətləri üçün hər il orta hesabla 5 milyon dollar sərmayə qoyuruq. Biz yeni mədən kəşfiyyatımızı davam etdiririk və sektordakı imkanları qiymətləndirmək üçün çalışırıq" deyib.

Develidəki mədəndə 35 ton ehtiyata sahib olduqlarını bildirən Bickford, bu il Öksütdə 5,5 ilə 6 ton arasında istehsal etməyi hədəflədiklərini söyləyib.

Günel Məlikzadə
Fins.az