Elm

01 Noyabr

Vodafone İspaniyadakı bölməsini 5 milyard avroya satıb

Şirkətin açıqlamasına görə, alışın dəyəri 5 milyard avroya çatacaq, bunun 4,1 milyard avrosu nağd pul və təxminən 900 milyon avrosu geri alına bilən imtiyazlı səhmlər olacaq.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Vodafone İspaniyanın alınmasının lazımi razılıqlar alınarsa, 2024-cü ilin ilk yarısında tamamlanacağı gözlənilir.

Əməliyyatın tamamlanmasının ardından Vodafone və Zegona, Zegona Communications-a 10 il ərzində İspaniyada Vodafone markasından istifadə imkanı verəcək marka lisenziyası müqaviləsi bağlayacaq.

Bəyanatda fikirləri yer alan Vodafone İcraçı Direktoru (CEO) Margherita Della Valle, Vodafone İspaniyanın satışının şirkətin böyüməsi üçün portfelinin düzgün ölçülməsi istiqamətində mühüm addım olduğunu bildirib.

Kifayət qədər yerli miqyaslı bazarlara diqqət yetirəcəklərini qeyd edən Valle, "Bazar struktur olaraq aşağı gəlirlərlə çətin bir prosesdən keçir. Mənim prioritetim böyümə və yaxşılaşdırılmış gəlirlər vasitəsilə dəyər yaratmaqdır" deyib.

Günel Məlikzadə
​Fins.az