Elm

27 Oktyabr

İnvestorların nəzərinə: Magistral yol üzrə alternativ tunelin tikintisi layihəsi

Qırğızıstanın Bişkek-Oş avtomobil yolunun Too-Aşuu aşırımından keçməklə alternativ tunelin tikintisini nəzərdə tutan investisiya layihəsi təklif olunur.

Fins.az xəbər verir ki, mövcud tunelin vəziyyəti qənaətbəxş qiymətləndirilir və ona görə də hazırda daimi təmir işlərinin aparılması tələb olunur. Bu baxımdan yeni və texnoloji cəhətdən daha təkmil tunelin tikintisinə ehtiyac var. Alternativ tunelin tikintisi dəniz səviyyəsindən 2200 metr yüksəklikdə nəzərdə tutulub ki, bu da indiki tuneldən 1000 metr aşağıdır. Tunellərin hər birində ikizolaqlı avtomobil yolu olmaqla iki istiqamətdə iki tunelin tikintisi nəzərdə tutulur. Tunellərin uzunluğu təqribən 11 km olacaq, başlanğıcının şimal tərəfdə mövcud tuneldən 16 km əvvəl, cənub tərəfdə isə eyni məsafədə tikintisi planlaşdırılır.

Layihənin icraçısı Qırğızıstan Respublikasının Nəqliyyat və Rabitə Nazirliyidir.

Şirkət rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə 15,7 il olacağını bildiriblər.

• Layihənin dəyəri – 240 000 000 ABŞ dolları
• Tunel tikintisi - 240 000 ABŞ dolları
• İnvestisiya məbləği – 240 000 000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az