Elm

18 Oktyabr

İnvestorların nəzərinə: Kiçik Su Elektrik Stansiyasının tikintisi layihəsi

Qırğızıstanın Çuy vilayətinin Kemin rayonunda Çon-Kemin çayı üzərində 7,1 MVt gücündə kiçik su elektrik stansiyasının tikintisini nəzərdə tutulan investisiya layihəsi təklif olunur.

Fins.az xəbər verir ki, Çon-Kəmin vadisində yerləşən ərazi relyefi sərbəst axını ilə su elektrik stansiyalarının tikintisinə imkan verir. Su elektrik stansiyasının yeri çayın hidropotensialından maksimum istifadə etməklə ən böyük yamacdan istifadə nəzərə alınmaqla seçilmişdir. Çayda kiçik su elektrik stansiyasının tikintisi üçün ilkin ümumi torpaq sahəsi 14 hektardır.

Layihənin icraçısı “Çakan SES” ASC-dir. Şirkətə Ələməddin kiçik su elektrik stansiyaları kaskadı və Bıstrovskaya SES daxildir. Ümumi quraşdırılmış gücü 29,8 MVt olan Ələməddin SES kaskadı səkkiz SES-dən ibarətdir. Bıstrovskaya SES-in gücü 8,7 MVt təşkil edir.

Şirkət rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə 4,31 il olacağını bildiriblər.

• Layihənin dəyəri – 6.732.460 ABŞ dolları
• Tikinti – 1.438.333 ABŞ dolları
• Hidromexaniki avadanlıq – 3.570.000 ABŞ dolları
• Elektrik avadanlıqları – 897.333 ABŞ dolları
• Digər – 354.340 ABŞ dolları
• İnvestisiya məbləği – 6.732.460 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az