Elm

12 Oktyabr

İnvestorların nəzərinə: Xizək mərkəzinin genişlənməsi layihəsi

Qırğızıstanın “ZiL Company” şirkəti 3500 metr hündürlükdə yerləşən Kentor buzlaqından yeni enmə nöqtəsinə əlavə olaraq 5 km uzunluğunda kanat yolu (funikulyor) tikməklə “ZİL” dağ-xizək kurortunun genişləndirilməsini nəzərdə tutan investisiya layihəsini təklif edir.

Fins.az xəbər verir ki, kurort zonasında peşəkarlar üçün xizəkçilərin 4000 metr enmə nöqtəsinə daşınması xidməti də faəliyyət göstərəcək. Bu hündürlükdən enmə bütün ilboyu həyata keçiriləcək. Kanat dayaqlarının buzlaq üzərində yerləşməsi buzlağa və ətraf mühitə zərər verə biləcəyi üçün çatdırılma yüksək sürətli qar avtomobillərində həyata keçiriləcək. Bundan başqa, 3050 metr yüksəklikdə 150-200 nəfərlik restoran, 10 kottec, istirahət guşəsi, uşaq meydançası və buz meydançasından ibarət ilboyu fəaliyyət göstərən istirahət mərkəzi tikiləcək.

Layihənin icraçısı Qırğızıstanın ən populyar qış tətili məkanlarından biri olan “ZiL Company” MMC-dir. Ardıcıl üç ildir ki, “ZİL” xizək kurortu ölkədə 1-ci yeri tutur və 17 xizək kurortu arasında qızıl medal alır. “ZİL” xizək kurortunun üstünlüyü onun Bişkekə (35 km) yaxın olmasıdır. Dəniz səviyyəsindən 1850 metr yüksəklikdə gözəl mənzərəli yerdə yerləşir. İstirahətçilər üçün maksimum rahatlıq, əla giriş yolları olan və 700 avtomobil üçün səkkiz təchiz olunmuş dayanacaqdan ibarət müəssisədir.

Şirkət rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 3,28 il olacağını bildiriblər.

• Layihənin dəyəri - 6.550.000 ABŞ dolları
• Kabel avtomobilləri – 5.650.000 ABŞ dolları
• İnfrastruktur obyektlərinin tikintisi və kommunal şəbəkələrin quraşdırılması – 600.000 ABŞ dolları
• Nəqliyyat - 300.000 ABŞ dolları
• İnvestisiya məbləği - 6.550.000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az