Elm

10 Oktyabr

İnvestorların nəzərinə: Meyvə və tərəvəzlərin emalı müəssisəsinin işlənməsi layihəsi

Qırğızıstanın “Azra” Şirkətlər Qrupu  Talas vilayətində tərəvəz və meyvələrin konservləşdirilməsi müəssisəsinin tikilib istifadəyə verilməsini nəzərdə tutan investisiya layihə təklif edir.

Fins.az xəbər verir ki, “Azra” şirkətlər qrupu hər il 15 min tona qədər lobya ixrac edir (istehsalın 95%-i), həmçinin 40 hektar ərazisi olan öz alma bağlarına malikdir. Talas vilayətində də emal üçün kifayət qədər həcmdə gavalı və digər kənd təsərrüfatı məhsulları var. Müəssisənin tikintisi mövcud istehsalat bazasında 0,3 hektar sahədə nəzərdə tutulub. Məhsuldarlığı 3000 kq/saat olan konserv məhsulları istehsalı xəttinin və məhsuldarlığı 1600 kq/saat olan sənaye qurutma avadanlığının alınması planlaşdırılır. Müəssisə müxtəlif növ konservləşdirilmiş lobya, mürəbbə, gavalı qurusu, alma qurusu istehsal etməyi planlaşdırır.

Layihənin icraçısı 1997-ci ildə 100 tonluq anbarı olan lobya qəbulu və satışı məntəqəsi kimi fəaliyyətə başlayan “Azra” Şirkətlər Qrupudur. 20 ildən artıq təcrübəyə malik şirkət kənd təsərrüfatı məhsullarının ixracı və idxalı üzrə kiçik bir nöqtədən iri şirkətə çevrilmişdir. Şirkət əsas lobya və alma ixracatçısıdır. Lobya istehsalının illik həcmi 15 min tona, alma 100 tona çatır və Balkanlar, Hindistan, İran, İraq, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan da daxil olmaqla, 25-dən çox ölkəyə ixrac olunur.

Şirkət rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 2,58 il olacağını bildiriblər.

• Layihənin dəyəri – 663.000 ABŞ dolları
• Tikinti - 94.000 ABŞ dolları
• Avadanlıq – 336.000 ABŞ dolları
• Dövriyyə kapitalı və digər xərclər – 233.000 ABŞ dolları
• İnvestisiya məbləği - 663.000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az