Elm

09 Oktyabr

İnvestorların nəzərinə: Pendir istehsalı üçün südçülük ferması layihəsi

Qırğızıstanın Talas vilayətində “Talas Daamy” şirkətinin pendir məhsullarının istehsalında istifadə olunacaq xam süd istehsalı üçün müasir südçülük fermasının tikintisini nəzərdə tutan investisiya layihəsini təklif edir.

Fins.az xəbər verir ki, layihə çərçivəsində südçülük fermasının tikilməsi və dünyada ən çox yayılmış südlük inək cinsi olan 500 baş yüksək məhsuldarlıqlı Holşteyn-Friz cinsli südlük mal-qaranın alınması planlaşdırılır. İnəklər gündə 60-65 kq süd verir. Orta illik süd məhsuldarlığı 7500 kq-dır. Ferma qurmaq üçün 10 hektar torpaq sahəsinin alınması və gələcəkdə iribuynuzlu mal-qaranın sayının 1000 başa çatdırılması nəzərdə tutulur.

Layihənin icraçısı 2002-ci ildə əsası qoyulmuş “Talas Daamy” pendir şirkətidir. 2005-ci ildən bu günədək şirkət tam yenidən təchizat həyata keçirərək, bütün istehsal kompleksi tamamilə İtaliya və Fransa avadanlıqları ilə əvəz edib. Xammalın emalı və son məhsulun yaradılması texnologiyasında şirkət süd məhsullarının istehsalı üçün Avropa standartlarına keçib.

“Talas Daamy” şirkətinin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 3,46 il olacağını bildiriblər.

• Layihənin dəyəri - 3.165.000 ABŞ dolları
• Yüksək məhsuldar mal-qaranın alınması – 1.500.000 ABŞ dolları
• Südçülük fermasının tikintisi – 765.000 ABŞ dolları
• Avadanlıq – 570.000 ABŞ dolları
• Torpağın alınması - 30.000 ABŞ dolları
• Dövriyyə kapitalı - 300.000 ABŞ dolları
• İnvestisiya məbləği – 3.165.000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az