Elm

05 Oktyabr

İnvestorların nəzərinə: Etnomərkəzin tikintisi layihəsi

Qırğızıstanın “Ala-Too Ecofish Talas” Məhdud Məsuliyyətli Cəmiyyəti Talas vilayətinin Talas şəhərində, bütün şəhərə adını vermiş çayın üzərində yerləşəcək unikal etnomərkəzinin yaradılmasını nəzərdə tutan investisiya layihəsini təklif edir.

Fins.az xəbər verir ki, etnomərkəzin yaradılması Qırğız Respublikasının köçəri tayfalarının çoxəsrlik milli adət-ənənələrinə, mədəniyyətinə və məişətinə əsaslanır. Layihənin konsepsiyasına əsasən şirkət mədəni, sosial və sahibkarlıq xarakterli sahələri birləşdirməyi planlaşdırır. Əsas fəaliyyət köçərilərin etnoqrafik xüsusiyyətlərinin, həyat tərzinin və məişət detallarının təqdimatı, dekorativ-tətbiqi sənət əsərlərinin sərgilərinin, yarmarkaların və s. nümayişi nəzərdə tutulub.

Layihə çərçivəsində aşağıdakı infrastruktur obyektlərinin yaradılması planlaşdırılır:

- 50-60 nəfərə qədər yerləşdirmək imkanı olan etno kotteclər;
- Mədəni istirahət zonası;
- Mədəni-tarixi zona;
- Kafe.

Layihənin icraçısı “Ala-Too Ecofish Talas” MMC-dir. Şirkətin əsas fəaliyyəti Talasda balıqçılıqdır. Hazırda şirkəıtin 300 min baş mal-qarası var və şirkət yaxın gələcəkdə həcmi 1 milyon başa çatdırmağı planlaşdırır. Bir neçə il ərzində şirkət öz biznes modelini balıqçılıq xidmətləri təklif edən və balıq satın alan təsərrüfatdan turizm və istirahət kompleksinə çevirir.

“Ala-Too Ecofish Talas” MMC-nin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 5 il olacağını bildiriblər.

• Layihənin dəyəri - 1.200.000 ABŞ dolları
• Kottec icmasının və digər infrastruktur obyektlərinin tikintisi – 870.000 ABŞ dolları
• Təmizləyici qurğuların quraşdırılması – 200.000 ABŞ dolları
• Yolun asfaltlanması – 75.000 ABŞ dolları
• Kommunal şəbəkələrin modernləşdirilməsi – 55.000 ABŞ dolları
• İnvestisiya məbləği - 1.000.000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az