Qırğızıstanın “Eurasia Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Oş vilayətinin Kaşqar-Kıştak kəndində tekstil və geyim klasterinin tikintisini nəzərdə tutan investisiya layihəsini təklif edir.
Fins.az xəbər verir ki, şirkətin klasterinə 4 zavod daxildir:
* Pambıqtəmizləmə zavodu ildə 15 min ton lif istehsal gücünə malikdir. Şirkət yerli pambığı emal etməyi, həmçinin pambıq əkini sahələrini artırmaq üçün fermerlərlə işləməyi planlaşdırır;
* Gücü ildə 15 min ton olan əyirici fabriki;
* İldə 5 milyon metr parça istehsal gücünə malik toxuculuq fabriki;
* İstehsal gücü ildə 1,3 milyon p/metr olan boyama fabriki;
* 400 ədəd avtomatik kəsmə və tikiş maşını ilə təchiz olunacaq tikiş fabriki.
Tekstil və geyim klasteri şaquli inteqrasiya olunmuş tam dövrəli-xammaldan hazır məhsula qədər istehsal olacaq. Müəssisənin fəaliyyəti ixracyönümlüdür.
Layihənin icraçısı tikinti, ticarət mərkəzlərinin idarə edilməsi sahəsində təcrübəyə malik, həmçinin xaricdə bir neçə geyim fabrikinin sahibi olan çoxşaxəli “Eurasia Group” MMC şirkətidir. 2021-ci ilin avqustunda şirkət kənddə ilk “Moskva” ticarət və əyləncə mərkəzini açıb. Kaşqar-Kıştak, Oş vilayəti, Kara-Su rayonu, ümumi sahəsi 6000 kv.m-dir. Ticarət və əyləncə mərkəzinin dörd mərtəbəsində 50-yə yaxın kirayəçi və ümumi sahəsi 2500 kv.m olan ərazidə ən böyük iki səviyyəli uşaq əyləncə mərkəzi yerləşir.
“Eurasia Group” MMC-nin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 4,04 il olacağını bildiriblər.
• Layihənin dəyəri - 28 800 000 ABŞ dolları
• Avadanlıqlar – 22.900.000 ABŞ dolları
• Zavodların tikintisi – 3.900.000 ABŞ dolları
• Dövriyyə kapitalı - 2.000.000 ABŞ dolları
• İnvestisiya məbləği - 28.800.000 ABŞ dolları
Əlaqələndirici şəxs: +994 55 546 98 30
Fuad Mədətov
Fins.az