Elm

26 Sentyabr

İnvestorların nəzərinə: Meyvə-giləmeyvənin qurutma layihəsi

Qırğızıstanın "Orzhemil Holdinq Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti qurudulmuş giləmeyvə və meyvə istehsalı üzrə mövcud istehsalat sahələrinin modernləşdirilməsi planlaşdırılır və bu sahə üzrə investisiya layihəsini təklif edir.

Fins.az xəbər verir ki, xammal bazası Oş vilayətində yetişdirilən yerli mövsümi giləmeyvə və meyvələr olacaqdır. Xammalın (tərəvəz, meyvə, giləmeyvə) tədarükü çiçəkləmə mövsümünə uyğun həyata keçiriləcək, sonra uzun müddət saxlanmadan dərhal qurudularaq ixrac ediləcək. Mövsüm ərzində sex hazır məhsul istehsalı və satışı, qışda isə yalnız anbardan satış üçün işləyəcək. İstehsal olunan əsas məhsul növü: albalı qurusu, pomidor, qarpız, bostan, alma, armud, tut və s.

Layihənin icraçısı “Orzhemil Holdinq Şirkəti” MMC-dir. Şirkət Oş şəhərində yerləşir və yüksək keyfiyyətli quru giləmeyvə, meyvə və tərəvəz istehsal edən özəl müəssisədir. Şirkət 2010-cu ildə fəaliyyətə başlayıb. Şirkətin hazırkı istehsal gücü sutkada 12 ton quru meyvə və giləmeyvədir. Avadanlıqlar xammal mənbələrinin yaxınlığında yerləşən qida təhlükəsizliyi tələblərinə cavab verir ki, bu da müəssisənin həcmini, keyfiyyətini və rəqabət qabiliyyətini artırır, həmçinin şirkətə ixrac bazarlarında rəqabət aparmağa imkan verir.

"Orzhemil Holdinq Şirkəti" MMC-nin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 3,04 il olacağını bildiriblər.

• Layihənin dəyəri - 1.500.000 ABŞ dolları
• Avadanlıq - 800.000 ABŞ dolları
• İstehsal müəssisələrinin modernləşdirilməsi və anbarların yaradılması – 500 000 ABŞ dolları
• Dövriyyə kapitalı - 200.000 ABŞ dolları
• İnvestisiya məbləği - 1 500 000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az