Elm

20 Sentyabr

İnvestorların nəzərinə: Süd məhsullarının emalı zavodu layihəsi

Qırğızıstanın Narın vilayətinin At-Başı rayonundakı “At-Başı Süt” Məhdud Məsuliyyətli Cəmiyyətinin südçülük kompleksi üçün “Montbelyard” cinsli 36 baş damazlıq inəyin alınmasını nəzərdə tutulan investisiya layihəsini təklif edir.

Fins.az xəbər verir ki, 2020-ci ildə “At-Başı Süt” MMC istehsalın artırılması məqsədilə 130 baş iribuynuzlu mal-qara üçün süd emalı kompleksinin tikintisinə başlayıb. Hazırda kompleksdə “Montbelyard” cinsindən olan 64 baş damazlıq inək var. Əlavə olaraq 36 başın alınması pendir məhsullarının istehsalını və süd kompleksinin tikintisinin başa çatdırılması bütün beynəlxalq standartlara uyğun süd məhsullarının ixracını artıracaqdır.

Layihənin icraçısı “At-Başı Süt” MMC süd məhsuldarlığının intensivliyinin artırılmasına və süd istehsalı sektorunda əlavə dəyərin artırılmasına yönəlmiş süd klasterinin əsasını təşkil edən beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun sertifikatlaşdırılmış süd məhsullarının yerli istehsalçısıdır.

“At-Başı Süt” MMC layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 3,2 il olacağını bildiriblər.

• Layihənin dəyəri - 595.000 ABŞ dolları
• 36 baş Montbeliard inəklərinin alınması – 108.000 ABŞ dolları
• Süd kompleksinin tikintisinin başa çatdırılması – 487.000 ABŞ dolları
• İnvestisiya məbləği - 595.000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az