Elm

19 Sentyabr

İnvestorların nəzərinə: İstirahət mərkəzinin tikintisinin tamamlanmasi layihəsi

Qırğızıstanın “Baytur” Məhdud Məsuliyyətli Cəmiyyəti icraçısı olduğu “Baytur SPA Resort” istirahət mərkəzində 200 nəfərədək qonaq üçün beşulduzlu otelin və idman kompleksinin tikintisinin başa çatdırılması üzrə investisiya layihəsini təklif edir.

Fins.az xəbər verir ki, kənndə-Bosteri, İssık-Kul bölgəsində yerləşən istirahət mərkəzi 6,6 hektar əraziyə malikdir. “Baytur SPA Resort” mərkəzinin tikintisinə 2019-cu ildə başlanılıb və bu günə kimi 18 VIP kottec, 24 taxta kottec, 5 blok şəhərcik, 5 milli yurd, uşaq meydançası, yurd şəhərciyi, vorkaut zonası, futbol meydançası tikilib, tennis kortu tamamlanıb. Beşulduzlu mehmanxanada müxtəlif siniflərdə (Standart, Junior suit, İki nəfərlik otaq, Ailə otağı, Executive Room, Prezident Suite) 81 nömrə yerləşəcək. Beşulduzlu mehmanxana və idman kompleksinin tikinti və tamamlama işlərini başa çatdırmaq üçün şirkətə əlavə maliyyə vəsaiti lazımdır.

Layihənin icraçısı 1993-cü ildən fəaliyyət göstərən “Baytur” korporasiyasıdır. Fəaliyyət göstərdiyi müddətdə korporasiya yeni fəaliyyət sahələrini mənimsəyərək fəal inkişaf edib. Hal-hazırda “Baytur” gözəllik sənayesi, istirahət və sağlamlığın təbliğindən tutmuş şkaf mebellərinin, metal-plastik konstruksiyaların istehsalına, çoxmərtəbəli yaşayış binalarının tikintisinə və tikinti materiallarının istehsalına qədər iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən dinamik inkişaf edən bir şirkətdir.

 “Baytur” MMC layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 2,53 il olacağını bildiriblər.

•  Layihənin dəyəri - 1.500.000 ABŞ dolları
•  Otelin tikintisinin başa çatdırılması, tamamlama işləri, mebellərin alınması – 1.000.000 ABŞ dolları
•  İdman kompleksinin tikintisinin başa çatdırılması, tamamlama işləri, idman avadanlıqlarının alınması – 500 000 ABŞ dolları
•  İnvestisiya məbləği - 1 500 000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az