Elm

15 Sentyabr

İnvestorların nəzərinə: Ət emalı müəssisəsinin inkişafı layihəsi

Qırğızıstanın "Toştuk Karakol" Məhdud Məsuliyyətli Cəmiyyəti İssık-Kul vilayətinin Karakol şəhərində mövcud ət emalı müəssisəsinin inkişafını nəzərdə tutən investisya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, layihə çərçivəsində şirkətin inkişaf strategiyası əməliyyat proseslərinin modernləşdirilməsini və avtomatlaşdırılmasını, həmçinin ət yarımfabrikatlarının çeşidinin genişləndirilməsini nəzərdə tutur. Bunun üçün dondurma kamerası, qiymə istehsalı üçün maşın, kolbasa xətti və kolbasa sexi üçün otaq tikintisi lazımdır.

Layihənin icraçısı İssık-Kul vilayətinin Karakol şəhərində yerləşən və sonradan ət məhsullarının və yarımfabrikatların istehsalı üçün əti emal edən “Toştuk Karakol” MMC-dir. Hazırda Şirkət “Kumtor Gold Company” QSC-yə ət və yarımfabrikatlar tədarük edir. Bundan əlavə, şirkət Karakol dağ-xizək kurortuna çatdırılma həyata keçirir və məhsullarını Bişkekə göndərir. B2B tədarükü ilə yanaşı, şirkət öz yerində olan qəssab dükanı vasitəsilə pərakəndə satış üzrə də fəaliyyət göstərir.

"Reina-Kenç" MMC layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 2 ilə yaxın olacağını bildiriblər.

• Layihənin dəyəri - 3 300 486 ABŞ dolları
• Kolbasa və konserv sexi – 1.000.000 ABŞ dolları
• Mal-qaranın kökəlmə ferması - 1 585 882 dollar
• Qan emalı üçün avadanlıq - 50 000 dollar
• GZK istehsalı - 150.000 ABŞ dolları
• Yem istehsalı bazası - 514 964 ABŞ dolları
• İnvestisiya məbləği – 3 300 486 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az