Elm

14 Sentyabr

İnvestorların nəzərinə: Ət emalı layihəsi

Qırğızıstanın "Reina-Kenç" Məhdud Məsuliyyətli Cəmiyyəti İssık-Kul vilayətinin Karakol şəhərində mövcud ət kəsim məntəqəsinin bazasında kolbasa sexinin işə salınmasını nəzərdə tutan investisiya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, layihə çərçivəsində qeyri-təbii inqrediyentlərin minimal əlavə edilməsi ilə yüksək dərəcəli kolbasa istehsalı planlaşdırılır. Kolbasa sexinin təxmini gücü sutkada 4 tondur. Kolbasa sexinin işə salınması üçün kəsim məntəqəsinin birinci mərtəbəsində yerləşən 1200 m2 sahəsi olan istehsalat obyekti artıq hazırlanıb.

Layihənin icraçısı 2001-ci ildən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən “Reina Kenç” MMC-dir. Əsas fəaliyyət istiqamətləri: iribuynuzlu və xırdabuynuzlu mal-qara yetişdirilməsi, iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsimi, fermerlər üçün regional tədris mərkəzi, bitkiçilik.

Şirkətin Bişkekdə üç pərakəndə satış nöqtəsi var.

"Reina-Kenç" MMC layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 2 il olacağını bildiriblər.

• Layihənin dəyəri - 1.000.000 ABŞ dollar
• İstehsalat sexinin təmiri – 285 000 ABŞ dolları
• Avadanlıq - 450 000 ABŞ dolları
• Mühəndislik kommunikasiyaları - 200 000 ABŞ dolları
• İşçilərin təlimi və sertifikatlaşdırılması - 15 000 ABŞ dolları
• Digər - 50.000 ABŞ dolları
• İnvestisiya məbləği - 1.000.000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az