Elm

06 Sentyabr

İnvestorların nəzərinə: Ət emalı zavodunun işə salınması layihəsi

Qırğızıstanın İssık-Kul vilayətində “Dordoy Balıqçı” MMC şirkəti qabaqcıl və müasir ət emalı zavodunun işə salınmasını nəzərdə tutan investisiya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, hazırda ət kombinatının tikintisi başa çatmaq üzrədir. Ət kombinatının istehsal gücü növbədə 100 baş iribuynuzlu mal-qara və 1000 baş xırdabuynuzlu mal-qaradır.

Şirkətin ortamüddətli inkişaf strategiyası aşağıdakı mərhələlərin həyata keçirilməsini nəzərdə tutur: tullantıların emalı, kolbasa sexinin işə salınması, konserv zavodunun işə salınması, Qırğızıstanın bir sıra bölgələrində mal-qara kökəlmə fermalarının işə salınması, kökəlmə təsərrüfatları üçün hidroponik yaşıl yem istehsalı.

Layihənin icraçıları idarəetmə sahəsində böyük təcrübəyə malik üç uğurlu sahibkardır. Bütün sahibkarlar “Dordoy” Assosiasiyasının istiqamətlərini təmsil edirlər.

"Dordoy Balıqçı" MMC-nin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 2 ilə yaxın olacağını bildiriblər.

• Layihənin dəyəri - 3 300 486 ABŞ dolları
• Kolbasa və konserv sexi – 1 000 000 ABŞ dolları
• Mal-qaranın kökəltmə ferması - 1.585.882 ABŞ dolları
• Qan emal avadanlıqları - 50.000 ABŞ dolları
• GZK istehsalı - 150 000 ABŞ dolları
• Yem istehsalı bazası - 514 964 ABŞ dolları
• İnvestisiya məbləği – 3 300 486 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Zəminə Hüseyn
Fins.az