Elm

05 Sentyabr

İnvestorların nəzərinə: dağ-xizək kurortunun tikintisi layihəsi

“Kaiyrma-Arık” dağ-xizək kurortunun tikintisi layihəsi

Qırğızıstanın "Kerege-Taş Travel" MMC şirkəti İssık-Kul vilayətində Qırğızıstan sakinləriylə yanaşı, xaricdən gələn qonaqlar üçün bütün mövsüm boyu istirahət imkanı yaradacaq, geniş-əlçatan, ilboyu beynəlxalq dərəcəli dağ-xizək kurortunun yaradılmasını nəzərdə tutan investisiya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, layihəyə əsasən, kurort zonası eyni vaxtda 5000-dən 6500-ə qədər ziyarətçiyə rahat yerləşmə və yüksək keyfiyyətli xidmət göstərməyə qadirdir. Həmçinin kurort zonasına ilboyu aktiv istirahət xidmətləri, müxtəlif kateqoriyalı mehmanxana kompleksi (ekonom-klassdan 5*-ə qədər), ictimai iaşə, istirahət və biznes obyektləri (konfrans otaqları, biznes mərkəzləri, konqres zalları) daxildir.

Layihənin icraçısı 2018-ci ildə xizək kurortu layihəsinin həyata keçirilməsi məqsədilə yaradılmış “Kerege-Taş Travel” MMC şirkətidir.

“Kerege-Taş Travel” MMC-nin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 9 il olacağını bildiriblər.

• Layihənin dəyəri – 272.756.000 ABŞ dolları
• Tikinti – 188.300.000 ABŞ dolları
• Yol şəbəkəsi - 1.046.000 ABŞ dollar
• Kabel avtomobilləri - 43,250,000 dollar
• İnfrastruktur, mühəndislik şəbəkələri - 40 160 000 ABŞ dollar
• İnvestisiya məbləği - 175 480 000 ABŞ dollar

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az