Elm

04 Sentyabr

İnvestorların nəzərinə: Xüsusi geyimlərin istehsalı layihəsi

Qırğızıstanın "Aiko Seiko" MMC şirkəti xüsusi geyim istehsal edən mövcud müəssisənin bazasında trikotaj məmulatlarının istehsalı üzrə tikiş emalatxanasının fəaliyyətə başlamasını nəzərdə tutan investisiya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, layihəyə əsasən, tikiş emalatxanasının istifadəyə verilməsi avtomatlaşdırılmış kəsmə kompleksinin, geyimin mürəkkəb hissələrinin istehsalı üçün müasir ixtisaslaşdırılmış tikiş avadanlığının, ekran çap avadanlığının, sublimasiya çap avadanlığının, tikmə avadanlıqlarının quraşdırılmasını nəzərdə tutur. Xammalın saxlanması üçün anbarın tikintisi də nəzərdə tutulub.

Layihənin icraçısı  Jany Aryk, Ak-Suu rayonu, İssık-Kul vilayətində fəaliyyət göstərən “Aiko Seiko” MMC-dir. Şirkətin fəaliyyəti xüsusi geyim və formaların tikilməsi, hüquq-mühafizə orqanları üçün hərbi geyimlərin, fərdi mühafizə vasitələrinin, ayaqqabı və parçaların istehsalından ibarətdir. Hazırda şirkətdə gündəlik 150-200 ədəd geyim istehsal edən 105 nəfər çalışır. Tikiş sexində 120 ədəd tikiş avadanlığı var.

"Aiko Seiko" MMC şirkətinin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 3,12 il olacağını bildiriblər. 

• Layihənin dəyəri – 1.625.000 ABŞ dolları
• Bina və avadanlıq – 800.000 ABŞ dolları
• Tikinti - 150.000 ABŞ dolları
• Avadanlıq - 675 000 ABŞ dolları
• İnvestisiya məbləği – 825 000 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Zəminə Hüseyn
Fins.az