Elm

30 Avqust

İnvestorların nəzərinə: Qoz emalı və ixracı layihəsi

Qırğızıstanın "Qızıl Qoz" MMC şirkəti qozun emalı və kəpənək qozunun, şirli qoz , qoz pastası məhsulların istehsalı üzrə sexin tikintisini nəzərdə tutan investiya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, layihəyə əsasən proqnozlaşdırılan emal həcmi ayda 123 ton təşkil edir. Qoz məhsullarının satışının Aİ ölkələrinə, əsasən də Rusiyaya ixracı hesabına qurulması gözlənilir. Satışın uğurla həyata keçirilməsi üçün layihə təşəbbüskarı Rusiyada qeydiyyatdan keçmiş mövcud hüquqi şəxs vasitəsilə satışı təşkil etmək niyyətindədir.

Layihənin icraçısı 2011-ci ildən qoz ixracı ilə məşğul olan “Qızıl Qoz” MMC-dir. Şirkətin əsas fəaliyyəti qoz və quru meyvələrin yığılması və Asiya, Avropa, MDB ölkələrinə ixracıdır.
Qoz əsasən Rusiya Federasiyasına ixrac olunur. Əsas müştərilər Rusiya qənnadı sexləri və emalçılardır.

“Qızıl Qoz” MMC şirkətinin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 4 ilə yaxın olacağını bildiriblər. 

• Layihənin dəyəri - 1.000.000 ABŞ dolları
• Tikinti - 288 800 dollar
• Avadanlıq - 511,200 dollar
• Dövriyyə kapitalı - 200 000 dollar
• İnvestisiya məbləği - 800 000 dollar

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Zəminə Hüseyn
Fins.az