Elm

25 Avqust

İnvestorların nəzərinə: Təbii şirələr layihəsi

Qırğızıstanın "Yug Prom" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Batken vilayətində üzüm emalı müəssisəsinin bazasında təbii şirələrin istehsalına başlanılmasını nəzərdə tutan investisiya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, layihə meyvələrin emalı, şirələrin və konyak spirtlərinin istehsalını nəzərdə tutur. Bundan əlavə, layihəyə ümumi sahəsi 40 hektar olan mövcud üzüm bağlarının yenidən qurulması da nəzərdə tutulan amillər daxildir.

layihənin icrasına başlandıqdan sonra müəssisənin ilk ildə 1200 tondan başlayaraq, beşinci ildə 2100 tona çataraq, həcmlərini ildən-ilə tədricən artıraraq meyvə-tərəvəz emal etməsi gözlənilir.

Layihənin icraçısı şərab və konyak materialının istehsalı ilə məşğul olan “Yuğ Prom” MMC-dir. 2019-cu ildə şirkət 640 ton üzüm emal edib, 70,3 ton konyak spirti istehsal edib. 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar cəmi 151 ton üzüm emal edilib, 16,6 ton konyak spirti istehsal edilib.

“Yuğ Prom” MMC-nin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 3.34 il olacağını bildiriblər.

* Layihənin dəyəri - 250.000 ABŞ dolları
* Üzüm bağlarının bərpası – 319 689 ABŞ dolları
* Avadanlıq - 300 000 ABŞ dolları
* Atelyenin təmiri - 50 000 ABŞ dolları
* Dövriyyə kapitalı - 82 353 ABŞ dolları
* İnvestisiya məbləği – 752 042 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az