Elm

24 Avqust

İnvestorların nəzərinə: Buğdaçılıq, ərik və badam bağları layihəsi

Qırğızıstanın “Mol-Tuşum” Əmtəə və Xidmət Kooperativi Batken vilayətinin Batken rayonunda buğda becərilməsi, ərik və badam bağlarının salınması üzrə nəzərdə tutulan investisiya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, layihəyə əsasən yuxarıda göstərilən bitkilərin becərilməsi üçün aşağıdakı sahələr nəzərdə tutulur:

* Buğda əkini üçün 100 ha
*Ərik bağlarının salınması üçün 50 ha
* Badam bağlarının salınması üçün 20 ha

Layihənin icraçısı 2500 fermeri birləşdirən və Batken vilayətinin hər üç rayonunda təmsil olunan “Mol-Tuşum” Əmtəə və Xidmət Kooperatividir. Kooperativin əsas xidmətləri bunlardır:

* Fermerlərə məhsulun səmərəli becərilməsi təcrübələri üzrə təlimlərin keçirilməsi
* Məhsul emalı xidmətlərinin təmin edilməsi
* Kooperativ üzvlərinə mikro-maliyyənin verilməsi
* “Batken hədiyyələri” ticarət brendi altında kooperativ üzvlərinin məhsullarının satışı:
ərik qurusu, düyü, alma

“Mol-Tuşum” Əmtəə-Xidmət Kooperativinin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 4 il olduğunu bildiriblər.

* Layihənin dəyəri - 214,118 ABŞ dolları
* Şitillər – 52,941 ABŞ dolları
* Kənd təsərrüfatı texnikası – 29,412 ABŞ dolları
* Damcı suvarma sistemi – 30,000 ABŞ dolları
* Dövriyyə kapitalı – 101,765 ABŞ dolları
* İnvestisiya məbləği – 214,118 ABŞ dolları

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Fuad Mədətov
Fins.az