Elm

23 Avqust

İnvestorların nəzərinə: Düyünün emalı layihəsi

Qırğızıstanın Batken rayonunda yetişdirilən çəltikin emalı üzrə sexin işə salınmasını nəzərdə tutulan investisya layihəsi təqdim edilir.

Fins.az xəbər verir ki, layihənin əsas məqsədi fermerləri bir araya gətirərək, Qırğızıstanda istehsal olunan düyünün yerli və beynəlxalq bazarda tanıdılması yolu ilə düyü emalı prosesini təşkil etməkdir. Layihəyə əsasən, düyü emalının həcmi birinci ildə 1800 ton, beş il sonra isə 7200 tona çatdırılacaq. Potensial emal həcmləri Qırğızıstana yüksək keyfiyyətli düyü Rusiya, Qazaxıstan və Çindən idxal olunan məhsullarla rəqabət aparmağa imkan verəcək.

Layihənin təşəbbüskarı Leylek, Batken və Kadamcai vilayətlərinin dövlət administrasiyalarıdır. İnvestisiya lotları investorlarla işi sistemləşdirmək, investisiya cəlbediciliyini və rəqabət qabiliyyətini təmin etmək məqsədilə rayonların inkişafının prioritet istiqamətləri əsasında Qırğızıstan Respublikasının yerli dövlət idarələri və Qırğız Respublikasının dövlət orqanları tərəfindən formalaşdırılır. 

Rəsmilər layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 2 il olduğunu bildiriblər.

• Torpaq sahəsi - 200.000 dollar
• İnfrastruktur - 300 000 dollar
• Avadanlıq - 3.600.000 dollar
• Dövriyyə kapitalı - 2 200 000 dollar
• İnvestisiya məbləği - 6 200 000 dollar

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Zəminə Hüseyn
Fins.az