Elm

22 Avqust

İnvestorların nəzərinə: Təbii ərik siropunun istehsalı üzrə investisiya layihəsi

Qırğızıstanın “Daneko” MMC şirkəti mövsümündə ərik qurusu alınması üçün nəzərdə tutulan investisiya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, hazırda şirkət ərik siropu istehsalı üçün özünün unikal texnologiyasını tam şəkildə işləyib hazırlayıb və Rusiyada 300 litrlik vakuum buxarlandırıcının istehsalına sifariş verib. Zavodun məhsuldarlığı saatda 80 litrdir. Hazırda avadanlıqlar Rusiyadan daşınma mərhələsindədir. Bütün il üçün ehtiyatla ən aşağı qiymətlərlə mövsümdə ərik qurusu alınması üçün investisiyalar tələb olunur.

Layihənin təşəbbüskarı 2019-cu ildə yaradılmış "Daneko" MMC-dir. Müəssisə öz fəaliyyətinə ərik siropu istehsalı texnologiyasının inkişafı ilə başlayıb. Hazırda istehsal texnologiyası tam şəkildə qurulub və şirkət kommersiyalaşdırılmağa hazırlaşır.

İstehsal olunan malların çeşidi aşağıdakı maddələrdən ibarətdir: ərik siropu, ərik kompotu, ərik ləpəsi yağı.

"Daneko" MMC şirkətinin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 2 ilə yaxın olduğunu bildiriblər.

* Dövriyyə kapitalı – 61,529 dollar
* İnvestisiya məbləği – 61,529 dollar

Əlaqələndirici şəxs: (+994 55) 546 98 30

Zəminə Hüseyn
Fins.az