Elm

22 Avqust

İnvestorların nəzərinə: Trikotaj və tekstil geyimlərin istehsal həcminin artırılmasını üçün layihə

Qırğızıstanın "Global Garment" MMC şirkəti trikotaj və tekstil geyimlərin istehsal həcminin artırılmasını nəzərdə tutulan investisiya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, layihə məhsuldarlığın iki dəfə artaraq ayda 400.000-800.000 məhsula çatması gözlənilir, eyni zamanda, şirkət əlavə olaraq 300 yeni iş yerinin yaradılması ilə sosial effektə də təsir göstərir. Həmçinin layihə çərçivəsində məhsuldarlığı artırmaq üçün tikiş avadanlığı almaq və binaları təmir etmək lazımdır.

Layihənin təşəbbüskarı Qırğızıstanın cənub bölgələrində fəaliyyət göstərən ən böyük tikiş fabriki olan “Global Garment” MMC-dir. Fabrikin istehsal gücü mövsümdən və geyim növündən asılı olaraq ayda 300.000 - 625.000 ədəd, fabrikdə isə il boyu 350 nəfər çalışır.

Layihənin özü 2019-cu ildə işə salınıb və 2020-ci ilin mayında Batken vilayətinin Kadamzhai rayonu, Qızıl-Kiya şəhərində istifadəyə verilib. İstehsalat sexlərinin ümumi sahəsi 6920 m2-dir.

"Global Garment" MMC şirkətinin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin 3 ilə yaxın olduğunu bildiriblər.

* Layihənin dəyəri - 500.000 ABŞ dolları

* Tikiş avadanlıqları - 400 000 ABŞ dolları

* Binanın təmiri - 100 000 ABŞ dolları

* İnvestisiya məbləği - 500.000 ABŞ dolları

Əlaqələndirici şəxs: (+994 55) 546 98 30

Fuad Mədətov
Fins.az