Elm

21 Avqust

İnvestorların nəzərinə: Konserv zavodunun tikintisi üçün layihə

Qırğızıstanın "Agrooplast" şirkəti İSO 22000 standartlarına uyğun olaraq 38-40% pomidor konsentratının istehsalı üçün gücü 750 ton/gün olan konserv zavodunun tikintisi nəzərdə tutulan investisiya layihəsini təqdim edir.

Fins.az xəbər verir ki, layihənin xammallını təmin etmək üçün Batken vilayətinin Kadamcai rayonunda 600 hektar sahədə pomidor becərilməsi və tomat pastası istehsalı nəzərdə tutulur.

Layihənin təşəbbüskarı Batken vilayətinin Qızıl-Kiya şəhərində yerləşən “Aqroplast” Xidmət Kooperatividir. Müəssisə meyvə-tərəvəz konservlərinin, birbaşa sıxılmış şirələrin istehsalı ilə məşğuldur. Müəssisənin iş yükü layihə gücünün 60%-ni təşkil edir. İstehsal olunan məhsulların əksəriyyəti Rusiyanın şimal bölgələrinə ixrac olunur.

“Aqroplast” XK-nin rəsmiləri layihənin reallaşacağı təqdirdə, investisiyanın geri ödəmə müddətinin təxminən 3 ilə yaxın olduğunu bildiriblər.

► Layihənin dəyəri - 4,563,950 ABŞ dolları
► Tomat pastası xətti - 2,250,000 dollar
► Tikinti - 1.000.000 dollar
► Damcı suvarma - 300 000 dollar
► İnfrastruktur - 775 000 dollar
► Dövriyyə kapitalı - 203,500 dollar
► İnvestisiya məbləği - 4,563,950 dollar

Əlaqələndirici şəxs: +994 55 546 98 30

Zəminə Hüseyn
Fins.az