Elm

06 Mart

Bakıda "Alternativ biznes inkişaf / İnvestisiya modeli kimi françayzinq" təlimi keçiriləcək

Bakı KOB İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Alternativ biznes inkişaf / İnvestisiya modeli kimi françayzinq" təlimi keçiriləcək.

Fins.Az-ın məlumatına görə, təlimdə françayzinq biznes modelini, işləyişini və təqdim etdiyi imkanlarından bəhs olunacaq.

"Françayzinq" biznesi-dayanıqlı, rahat böyüyən, sınaqdan keçmiş sistemlə işləyən gəlirli biznes deməkdir.

Məlumat üçün bildirək ki, dünyada 60 000 françayzinq şirkəti, 400 000 françayzi şəbəkəsi ilə illik 4,5 trilyon dollarlıq dövriyyə edlir ki, bu da qeyd olunan sahəyə təlabatın yüksək olmasında xəbər verir.

Təlimimiz kimlərə maraqlıdır:

- Mövcud biznesini françayzinq modeli ilə inkişaf etmək istəyən sahibkarlara,
- İnvestisiyasını riski az, gəliri çox olan biznes axtarışında olan investor-sahibkarlara,
- Gələcəkdə şəxsi biznesini françayzinq biznesinə uyğun qurmaq istəyən sahibkarlar namizədlərinə

Təlimçi-ekspert Elnur İslamov - ölkədə françayzinq biznesini 10 ildən çox müxtəlif işgüzar platformalarla, o cümlədən beynəlxalq forumlarla, sərgilərlə, tv proqramlarla və bir kitab və onlarla məqalələrlə təbliğatı və maarifləndirməsi ilə məşğuldur. Yerli françayzi şirkətlərə bu sahədə mentorluq, müşaiyət və məsləhət xidmətləri təqdim edir.

E.İslamov: “Üzücü bir statistikaya görə dünya və ölkəmizdə açılan bizneslərlərdən 5-ci ilinə sadəcə 10-20 %-i fəaliyyətlərini davam edə bilirlər.. Uğurlu milli bizneslərin, inkişaf etmiş ölkələrdəki kimi, nəsildən nəsilə fəaliyyətini davam edəcək qədər dayanıqlı olmaları üçün yerli bizneslərə françayzinq modelinin imkanlarından faydalanmalarına çağırış edirəm. Bu həmçinin milli markalaşma (made in Azerbaijan) hərakatına da böyük dəstəkdir”.

Tarix: 7 mart 2023
Saat: 14:00 – 17:00
Yer: Bakı KOB EVİ

Qeydiyyat üçün:
070 300 80 02 Aytac xanım
Yerlər məhduddur. Tələsin!