Elm

28 Fevral

Qəbələdə "Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği" layihəsi icra edilib - FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyinin "Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği" layihəsinin icrasına davam edilir.

Fins.Az-ın məlumatına görə, layihə çərçivəsində ilk təlim Qəbələ rayonu, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində 10 nəfərin iştirakı ilə təşkil olunub.

Layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.

Təlimə başlamazdan öncə, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyevanın çıxışından sonra Qəbələ dövlət peşə təhsili mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək təlim üçün Mərkəzin seçilməsi və Mərkəzin tələbələrinin təcrübəli kadr kimi yetişdirilməsinə dəstək olduğu üçün Gənc Mühasiblər İctimai Birliyinə öz təşəkkürünü bildirib.

Təlim zamanı:

-Karyera haradan başlayır?

-Peşə yoxsa peşəkar?

-Sən də mühasib ola bilərsən

-Mühasibat uçotu nədir?

-Maliyyə hesabatları və hesablar planı

-Maya dəyərinin hesablanması.

mövzuları tədris olunub.

Təlimin sonunda iştirakçılar Gənc Mühasiblər İctimai Birliyi tərəfindən sertifikatla təltif edilib.