Elm

24 Fevral

Novruz Aslan məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü fevralın 27-də Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan olacaq.

BŞTİ-dən Fins.Az-a verilən məlumata görə, görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər,  mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi, qarşılıqlı yardımlaşma ənənəsinə sadiqlik və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.