Elm

15 Dekabr

Emin Əmrullayev: Sertifikasiyadan keçməyən müəllimləri də işsiz qoymayacağıq

“Bir müəllim müxtəlif fənlərdən dərs deyirsə, onun əməkhaqqı sertifikasiyaya hansı fəndən imtahana giribsə, ona uyğun artırılır”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir indiki sürətlə sertifikasiyanı 4-5 ilə bitirəcəklərini söyləyib: “5 il sonunda sertifikasiyadan keçməyən müəllimlərlə bağlı nə edəcəyimizə gəlincə, bu adamları günahlandırmaq, sistemdən kənarda qoymaq düz deyil. Məqsəd bu adamların uşaqlara dərs deməməsidir, amma işsiz də qalmamasıdır. İndiki düşüncə məntiqimiz budur. Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq. Növbəti məlumatımız bununla bağlı olacaq”.