Elm

15 Dekabr

Bu günə qədər müəllimlərin əməkhaqları onların bilik və bacarığından asılı olmadan artıb - Nazir

Müəllim vəzifəsini daşıyan şəxs öz tədris etdiyi fənni bilməlidir. Müəllim öz fənnini bilmirsə, onda 9-cu sinifdə uşaqların niyə aşağı bal yığması bəllidir.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycan müəlliminin əməkhaqqı son 5 ildə ən çox artan əməkhaqlarındandır:

“Bu günə qədər müəllimlərin əməkhaqqı onların bilik və bacarığından asılı olmadan artıb. Əməkhaqqının artımı üçün bir neçə alətdən istifadə olunub. Yalnız diaqnostik qiymətləndirilmə keçirilməklə əməkhaqları da artırılmışdı. Bu halda forma çox sadə idi. Yəni diaqnostikada iştirak edib hətta 5 bal toplayan müəllim də əməkhaqqında artım hiss edib. Biz diaqnostika nəticəsində başa düşdük ki, əksər müəllimlər öz fənlərini bilir. Amma bəziləri var ki, bu gün onlar məktəblərdə işləyir, amma öz fənlərini bilmir. İkinci istiqamət də bu müəllimlərin həqiqətən də peşə yararlılığını yoxlamaqdır. Peşəyə yararlıdırsa, əməkhaqqına 35%, az yararlıdırsa,10 % artım təyin olundu. Müəllimlər arasında sertifikasiyaya həvəs çox böyük olub. 11 mindən çox müəllimi artıq sertifikasiyaya cəlb etmişik.