Elm

09 Dekabr

Baş nazir ortamüddətli dövrdə məktəb tikintisi üçün tələb olunan vəsaiti açıqlayıb

“Strategiya çərçivəsində təhsil sahəsində islahatların aparılması, eləcə də ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir qeyd edib ki, ortamüddətli dövrdə fəaliyyət planı üzrə məktəblərdə tikinti-quraşdırma işlərinin mərhələli şəkildə aparılması üçün büdcə tələbatı (2.8 mlrd.manat) müəyyən edilib.