"Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təhsil xərcləri ən geci gələn həftə hesablara köçürüləcək".
Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
O bildirib ki, Nazirlik məsələdən xəbərdardır: "Köçürmələr bir sıra sənədlərin çatışmazlığı, eyni zamanda viza problemləri səbəbindən gecikib. Problem ən qısa zamanda aradan qaldırılacaq".
© APA