Elm

18 Oktyabr

Milli Məclisdə şagird sıxlığı müşahidə olunan məktəblərlə bağlı məsələ qaldırılıb

Milli Məclisin deputatı Rauf Əliyev şagird sıxlığı müşahidə olunan məktəblər üçün əlavə korpusların tikilməsini təklif edib.

Fins.az-ın məlumatına görə, deputat çıxışında seçildiyi ərazidə fəaliyyət göstərən məktəblərdəki siniflərdə 40-42 şagirdin təhsil aldığını bildirib.

“Hesab edirəm ki, həmkarlarımın seçildiyi dairələrdə də vəziyyət eynidir. Bu barədə düşünmək lazımdır. Mövcud problemi yoluna qoymaq mütləqdir. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinə, Nazirlər Kabinetinə müracət edilsin. Müvafiq dövlət proqramı tutulsun, məktəblərdə əlavə korpuslar tikilsin və beləliklə şagird sıxlığı aradan qaldırılsın”, – R.Əliyev əlavə edib.