Elm

09 Sentyabr

Azərbaycanda kolleclərdə təhsil alan əcnəbilərin sayı açıqlanıb

Azərbaycanın orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) 130 əcnəbi təhsil alır.

Bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, 2021-2022-ci tədris ilində ali təhsil alan əcnəbilərin sayı isə 7400-ə yaxındır: "Əcnəbi tələbələrin əksəriyyətini Türkiyə, İran, Gürcüstan, Rusiya və İraqdan gələnlər təşkil edir. Əcnəbi tələbələrin ən çox təhsil aldıqları müəssisələr isə Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İncəsənət Universitetidir".

(c)APA