Elm

07 Sentyabr

Müəllimlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb

Təhsilverənlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb.

Fins.az-ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, müəllimlərin 98 %-i prosesdə iştirak edib.

O bildirib ki, 78 % müəllim ilk mərhələdə uğur qazanıb.

Nazir söyləyib ki, 2367 (22 %) müəllimin təkmilləşdirilməsinə ehtiyacı var: "5 599 müəllim müsahibə mərhələsindən keçsə 10 % əlavə almağa başlayacaq. 27 % müəllim isə 35 % əlavə alacaq. 52 nəfər 0-10 arası bal toplayıb. 21-29 arası bal toplayan 1530 nəfər təkmilləşdirmə kurslarına cəlb edilməlidir".

Qeyd edək ki, sertifikatlaşdırılmada 50 baldan yuxarı nəticə göstərənlərin əmək haqlarına 35, keçid balını toplayanların maaşına isə 10 % əlavələr olacaq.