Elm

16 Avqust

Onuncu siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir

2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Bu barədə Fins.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.