Elm

22 İyul

Xaricdə təhsil almaq istəyən tələbələrin NƏZƏRİNƏ: “Xərclər Gənclər Fondu tərəfindən qarşılanacaq”

“Hər il 400 tələbənin xaricdə təhsil alması Gənclər Fondu tərəfindən qarşılanacaq”.

Bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov “Vəkil olmaq istəyirəm” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bundan əvvəl isə 47 gəncin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr təhsili dəstəklənib:

“Daha çox gənci xaricdəki qısa təlim kurslarına cəlb edək. Xüsusilə bundan sonra sosial-həssas qrupdan olan gənclərə qrant layihələrinin ayrılmasına çalışacağıq”.