Elm

08 İyul

ATU-da həkim reabilitoloqlar hazırlanacaq

"Yeni tədris ilindən Azərbaycan Tibb Universitetində beynəlxalq standartlara cavab verən həkim reabilitoloqlar hazırlanacaq".

Bunu səhiyyə nazirinin müavini İlqar Qasimov “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsinin təqdimatı zamanı deyib.

Nazir müavini qeyd edib ki, bu işdə Avropa İttifaqının təcrübəsindən istifadə olunacaq.