Elm

06 İyun

Ümumtəhsil və məktəbəqədər təhsil pilləsində adambaşına maliyyələşmə tətbiq olunacaq

Növbəti illərdə ümumtəhsil və məktəbəqədər təhsil pilləsində adambaşına maliyyələşmə tətbiq olunacaq.

Fins.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, hazırda yalnız ali təhsilin hər üç səviyyəsində adambaşına maliyyələşmə prinsipi mövcuddur. Digər təhsil pillələrində bu prinsip yoxdur.

"Növbəti illərdə peşə, orta təhsil, hətta ümumtəhsil və məktəbəqədər təhsil pilləsində adambaşına maliyyələşmənin tətbiqi nəzərdə tutulub. Artıq bununla bağlı hədəflər müəyyən edilib",- deyə nazir müavini əlavə edib.